2023-ci ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 308 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 213 şirkət çoxdur.
Martda Türkiyədə Azərbaycan kapitalı ilə 60-dan çox şirkət - QEYDİYYATA ALINIB
FED.az xəbər verir ki, bu barədəTürkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 411,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 89,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (158) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 157,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin mart ayında Türkiyədə Rusiya kapitalı ilə 165 topdan və pərakəndə ticarət, 25 istehsalat şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)