2023-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 69 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.
«GİLAN»ın vaxtilə məşhur olan daha - 25 ŞİRKƏTİ LƏĞV EDİLİR – TANINMIŞ ADLAR - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 70,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 18,5 milyon türk lirəsi təşkil edib”- deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 63,7 milyon türk lirəsi təşkil edib” – deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 37 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)