Türkiyənin «pul bibər» adı ilə məşhur olan aci bibər ixracı 10,5 milyon dolları keçib.
Türkiyənin geyim istehsalçıları daha yüksək məzənnə tələb edir - "DOLLAR 23 LİRƏ OLSUN"
FED.az xəbər verir ki, 2022-ciildə pul bibərin ixracı 14% artaraq 10,5 milyon dollar olub. 2021-ci ildə bu göstərici 9,22 milyon dollar idi.
Ötən il Türkiyə dünyanın 104 ölkəsinə ümumi həcmi 4 min 241 ton olan pul bibər satıb. Bunların arasında Almaniya, İngiltərə, Fransa, Norveç, Özbəkistan, Nigeriya, Malta, Rusiya, ABŞ, İtaliya və başqaları var.
Keçən il ən çox bibərin ixrac edildiyi ölkə 2 milyon 350 min dollarla Almaniya olub. Bu ölkəni 1 milyon 401 min dollarla Hollandiya və 1 milyon 382 min dollarla İngiltərə izlədi.