"Azercare" MMC nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 50 000 manat məbləğindən 500 manat məbləğinə azaldığını elan edir.
Qeyd edək ki, şirkət bu ilin fevral ayının 17-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Semra Başarandır.
Hüquqi ünvanı AZ0100, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, HÖVSAN SÜDCÜLÜK SOVXOZU, ev 5, HAVA LİMANI-ZIĞ ŞOSSESİ 12-Cİ KM. "20", mənzil 15 ünvanıdır. |