Azərbaycan Sənaye Korporasiyası 14 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istehlak kooperativi olmaqla, Kooporativin məqsədləri üçün binaların tikilməsi ilə məşğul olan “Alza Palace” Mənzil-Tikinti Kooperativi-ni təsis edib.
FED.az bu barədə şirkətin 2023-cü il üzrə hesabatına istinadən xəbər verir.
Bu şirkətin ilkin nizamnamə kapitalı hər birinin nominal dəyəri 0,02 AZN olan bərabər 100 səhmə bölünmüş 0,1 AZN. Tərəflərin payları və səhmlərinin ilkin sayı aşağıdakı kimidir:
- Azərbaycan Sənaye Korporasiyası” ASC nizamnamə kapitalının 20%-nə, yəni ümumi nominal dəyəri 0,02 AZN olan 20 səhmə sahibdir;
- “Sevinc M” MMC nizamnamə kapitalının 20%-nə, yəni ümumi nominal dəyəri 0,02 AZN olan 20 səhmə sahibdir;
- Həziyev Əli Həsən oğlu nizamnamə kapitalının 20%-nə, yəni ümumi nominal dəyəri 0,02 AZN olan 20 səhmə sahibdir;
- Abbasov Mahir Sovet oğlu nizamnamə kapitalının 20%-nə, yəni ümumi nominal dəyəri 0,02 AZN olan 20 səhmə sahibdir;
- Kərimov Elman Nəcəf oğlu nizamnamə kapitalının 20%-nə, yəni ümumi nominal dəyəri 0,02 AZN olan 20 səhmə sahibdir.
Bildirək ki, 2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin fərmanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilib. Sərəncama əsasən, Korporasiyanın “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.