Türkiyə yanvar-oktyabr aylarında 100-dən çox ölkəyə 251 min 293 ton fındıq ixracından 1 milyard 578 milyon dollar qazaıb.
FED.az xəbər verir ki, Türkiyənin ən çox fındığı İtaliyaya satıb. İtaliyaya 429 milyon 136 min dollara 66 min 302 ton fındıq ixrac edilib. Digər ən çox fındıq satılan ölkələr sırasında Almaniya ikinci, Fransa üçüncü olub. Almaniyaya 326 milyon dollar qarşılığında 56 min 117 ton, Fransaya 116 milyon 551 min dollar qarşılığında 18 min 148 ton fındıq satılıb.
Eləcə də bax: Türk iş adamları - TƏRƏVƏZDƏN 1,5 MİLYON QAZANIBLAR
Yanvar- oktyabr aylarında Türkiyə ən az fındıq ixracını Rusiyaya edib. Rusiyaya ixrac edilən fındıq cəmi 6 kiloqram olub və bunda 37 dollar gəlir əldə edilib. Ən az fındıq ixrac edilən ölkələr sırasında ikinci yerdə 8 kiloqram ixracla Angola, üçüncü yerdə 20 kiloqram ixracla Qana olub.