Türkiyə 2019-cu ilin 10 ayında 1 milyard 579 milyon 561 min 602 dollarlıq meyvə və tərəvəz ixrac edib.
FED.az xəbər verir ki, yanvar-oktyabr dövründə 130 ölkəyə 2 milyon 716 min ton meyvə-tərəvəz ixrac edilib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya 5 kq dan artıq meyvə-tərəvəz - APARMAQ QADAĞAN OLUNACAQ
Meyvə-tərəvəzin ən çox ixrac edildiyi ölkələr Rusiya, Almaniya və İraqa olub. Rusiyaya 486 milyon 368 min 852 dollarlıq, Almaniyaya 190 milyon 825 min 675 dollarlıq, İraqa 125 milyon 640 min 731 dollarlıq meyvə-tərəvəz ixrac edilib.
Şərqi Qaradənizdən ümumilikdə 208 min 8 ton meyvə-tərəvəz 41 ölkəyə 119 milyon 200 min 783 dollara ixrac edilib. Bu bölgənin ixracatında Rusyia 94 milyon 14 min 898 dollar ixracla birinci, Gürcüstan 8 milyon 474 min 601 dollar ixracla ikinci, İraq 1 milyon 990 min 16 dollar ixracla üçüncü yerdə olub.
Trabzonda 27 ölkəyə 143 min 607 ton meyvə-tərəvəz ixracından 103 milyon 613 min 765 dollar gəlir əldə edilib. Şəhər ixracatında da ən çox ixrac Rusiyaya edilib. Rusiyaya 93 milyon 977 min 339 dollarlıq, İraqa 990 min 16 dollarlıq, Ukraynaya 1 milyon 550 min 710 dollarlıq məhsul ixrac edilib.
Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədr müavini Ahmet Hamdi Gürdoğan verdiyi açıqlamada meyvə-tərəvəz ixracatında hər dövrdə üstünlük təşkil edən ölkənin Rusiya olduğunu söyləyib.
İxracatda ölkə və məhsul çeşidliliyinin artdığını vurğulayan Gürdoğan ixracatın daha da artmasını ümid ediyini bildirib. Gürdoğan açıqlamasında “Bir tərəfdən əsas bazarımız olan Rusiyaya ixracatı artırmağa çalışarkən digər tərəfdən yeni bazarlar axtarmaqla bağlı ciddi çalışmalar edirik” deyib.