İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma və missiya rəhbərinin müavini Tamaş Vaszarini qəbul edib.
“Yeni Qarabağnamə” kitabı təqdim edilib – QARABAĞ İQTİSADİYYATI
FED.az xəbər verir ki, Vüsal Qasımlı Macarıstanın Avropa məkanında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olmaqla iki ölkə arasında çox yaxşı siyasi, iqtisadi və ticarət əlaqələrinin olduğunu və enerji sahəsində strateji əməkdaşlığının əhəmiyyətini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Səfir Tamaş Yojef Torma Macarıstandan olan beyin mərkəzləri ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında birgə tədqiqatların aparılması, iqtisadi forumların və seminarların təşkil olunması sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.
V.Qasımlı “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə səfirə ətraflı məlumat verilib.
Görüşdə Mərkəzin dövrü nəşri olan və ticarət, neft və qaz, nəqliyyat və logistika sahəsində türk dünyası ölkələrinin müqayisəli təhlilini özündə əks etdirən “Türk İqtisadi İcmalı” təqdim edilib və nəşrin növbəti buraxılışında Macarıstana dair bölmənin hazırlanmasında birgə əməkdaşlıq barədə razılığa gəlinib.
Sonda qonağa Mərkəzin hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı təqdim edilib.