Türk film sektoru 2024-cü ildə 500 milyon dollardan çox ixrac gəliri ilə böyük uğur qazandı. 300-dən çox serial 150-dən çox ölkəyə ixrac edilərək 1 milyarddan çox izləyiciyə çatdı. Xüsusilə Yaxın Şərq, Latın Amerikası və Avropada türk seriallarına maraq artmaqdadır.
Türkiyə dövlət bankları Visa və Mastercard-dan imtina edərək Troy milli ödəniş sisteminə keçid edir
FED.az xəbər verir ki, Netflix məlumatlarına görə, türk serialları son illərdə 92 ölkədə reytinq siyahılarına liderlik edib. Rəqəmsal platformaların təsiri ilə Türkiyənin serialları 200-dən çox ölkəyə yayıldı və populyarlığı daha da artdı.
Türk serialları təkcə televiziya deyil, həm də mədəni turizmə təsir göstərir. Gözəl yerlərdə çəkilən istehsallar Türkiyəyə olan marağı artıraraq ölkəyə daha çox turist cəlb edir. Bu sektor həm iqtisadi, həm də mədəni baxımdan Türkiyənin gücünü artırır.