Türkiyə dövlət bankları beynəlxalq Visa və Mastercard ödəniş kartlarının verilməsini dayandırır. Bunun əvəzinə ölkədə Troy adlı milli ödəniş sistemi istifadəyə veriləcək. Bu barədə müvafiq sərəncamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Avropa Bankının Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 milyard manatı ötüb
FED.az xəbər verir ki, yeni qərar ölkənin maliyyə müstəqilliyini gücləndirmək və beynəlxalq ödəniş sistemlərindən asılılığı azaltmaq məqsədilə atılmış strateji addım kimi qiymətləndirilir. Troy milli ödəniş sistemi 2016-cı ildən fəaliyyət göstərsə də, bu qərarla onun daha geniş istifadə edilməsi gözlənilir.
Qeyd edək ki, Troy sistemi hazırda Türkiyədə həm yerli, həm də beynəlxalq ödəniş əməliyyatlarını dəstəkləyir. Bu sistemin üstünlükləri arasında daha aşağı komissiyalar, sürətli əməliyyatlar və yerli infrastrukturun inkişafına töhfə göstərməsi yer alır.
Bu addım beynəlxalq arenada müxtəlif reaksiyalar doğurub. Bəzi ekspertlər hesab edir ki, bu qərar Türkiyənin milli ödəniş infrastrukturunun gücləndirilməsi üçün mühüm addımdır. Digərləri isə bu dəyişikliklərin qısamüddətli dövrdə xaricdə ödəniş əməliyyatlarında müəyyən çətinliklər yarada biləcəyini vurğulayırlar.