Azərbaycanda fəaliyyət göstərən nüfuzlu biznes qurumlardan biri - sıralarında çoxsaylı Türkiyə və Azərbaycanlı iş adamlarını birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliy (TÜİB) şəhid ailələrinə qayğı və diqqətlə bağlı daha bir addam atıb.
Eləcə də bax: TÜİB-in «İşgüzar səhər yeməyi» tədbiri keçirilib - FOTOLAR
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşularaq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşklatçılığı ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaformasının Dövlət Sosial Müdafiə Fondu ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsi çərçivəsində DSX-nin Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsi Türkiyənin Şanlıurfa şəhərinə yola salınacaq.
19 oktyabr 2022-cil tarixində, saat 14.45-də Türkiyə Səfirliyinin Nuru Paşa Salonunda TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəvəti ilə DSX-nin Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsinin Türkiyənin Şanlıurfa şəhərinə yola salma mərasimi keçiriləcək.
Şanlı Vətən müharibəmizdə bizə qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərimizin, qazilərimizin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcudur. TUİB-in həyata keçirdiyi "Tək Millət, Tək Ürək" Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüslər davam etdirilir. «Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bu istiqamətdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyuruq»-deyə təşkilatın açıqlamasında bildirilir.
Səfər çərçivəsində şəhid ailəsi üzvləri ilə rəsmi qurumlarda görüşlər keçiriləcək, onlar Türkiyənin görməli yerlərinə baş çəkəcəklər.
Tədbirdə Türkiyə səfiri Doç.Dr. Cahit Bağcı, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat başda olmaqla, Platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak edəcək.
Qarabağ Azərbaycandır!
Şəhidlər müqəddəslərimiz , Qazilər baş tacımızdırlar!
Onların övladları isə bizlərə əmanətdirlər!