“Trust Lux” MMC tərəfindən isə “Y.A.Ş” əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və türk dilində ifadələrdən istifadə edilərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb.
Bu barədə FED.AZ Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Dövlət Agentliyi bildirir ki, məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə istehlakçılar çaşdırılıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “Trust Lux” MMC-yə icrası məcburi göstərişlər verilib.











