Amerikalı milyarder Ceff Bezos Venesiyada milyonlarla dollara başa gələn dəbdəbəli toyundan sonra mərasimin keçirildiyi beşulduz “Aman Venice” hotelinin işçilərinə 52 min dollar (təxminən 88 min AZN) çaypulu verib.
Bezosun toy məclisi İtaliya büdcəsinə - 1 MİLYARD DOLLAR GƏTİRƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Il Messaggero” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, şəhərin milyarderin şənliyi üçün şəxsi meydançaya çevrilməsindən narazı olan bəzi venesiyalıların tənqidlərinə baxmayaraq, hotel işçiləri onu xoş təəssüratlarla xatırlayacaqlar.
Nəşrin yazdığına görə, milyarder təkcə hotel içşilərinə qarşı səxavətli olmayıb, o, həmçinin ətraf mühitin mühafizəsi ilə məşğul olan Venesiya qeyri-kommersiya təşkilatlarına dəstək üçün 3 milyon dollar ianə edəcəyini vəd edib. Bezosun səxavəti barədə şayiələr tezliklə yayılsa da, “Aman Venice” hotelinin nümayəndələri bu məlumata rəsmi şərh verməyiblər.
Xatırladaq ki, amerikalı milyarder və sevgilisi Lauren Sançez iyunun 27-də Venesiyada evlənib. 20 milyon dollara başa gələn toyun mərasimi 3 gün, 3 gecə davam edib.
Qeyd edək ki, “Amazon”un qurucusu və dünyanın ən varlı adamlarından biri olan Ceff Bezosun sərvəti təxminən 235 milyard dollar qiymətləndirilir.