Çin və ABŞ arasında gedən ticarət müharibəsi, Çində fəaliyyət göstərən amerikan şirkətlərinə zərər verir. Belə ki, Amerikanın Çinin Şanxay şəhərində fəaliyyət göstərən ticarət palatası bununla bağlı üzv şirkətlər arasında sorğu keçirərək, aşağıdakı nəticələrə gəlmişdir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, sorğuda iştirak etmiş şirkətlərin 75% qeyd edib ki, ölkələr arasında gedən ticarət müharibəsi onların biznesinə zərər verir. Respondentlərin təxminən yarısı tələbatın aşağı düşməsinə, 42% isə istehsal xərclərinin artmasına hazırlaşır.
Ticarət müharibəsinin nəticələrinin öhdəsindən gəlmək üçün, sorğulanan şirkətlərin 38% qiymətləri qaldırmağı planlayır. 34% isə qeyd edib ki, neqativ təsir mənfəətin təxminən 10%-ni təşkil edəcək.
Eləcə də bax: "Bombardman etsələr də, təslim olmayacağıq"
Şirkətlərin təxminən üçdə bir hissəsi Çində əməliyyatlarının strukturlaşdırılması ilə məşğul olduğunu bildirib, burada əsas məqsəd onları yerli bizneslərə yönəltməkdən ibarətdir.
Respondentlərin daha üçdə bir hissəsi isə investisiyaları təxirə salacağını boynuna alıb. Sorğulanan şirkətlərin dörddə bir hissəsi bildirib ki, malları ABŞ-ın xaricində yığmaq məqsədilə tədarük kanallarını yenidən nəzərdə keçirərlər.
Şirkətlərin təxminən 20% istehsalın bir hissəsini Çindən köçürəcəyini qeyd edib, onların fikrincə, bu, heç də asan başa gəlməyəcək.
Sorğuda iştirak etmiş şirkətlərin əhəmiyyətli hissəsi (45%) əməliyyat xərclərinin artımından qorxduğunu qeyd edib. Onların fikrincə, yaxın 2 ayda ölkələr razılığa gəlməlidirlər. Bu baş vermədikdə, istehsal Çindən köçürüləcək.
Əsas istiqamətlərə Cənub-Şərqi Asiya və Meksika daxildir.
Son illərdə şirkətlər, Çin hökumətinin normativ tələblərin tənzimlənməsi və nəzarəti baxımından yerli şirkətləri dəstəklədiyindən şikayət edirlər. Respondentlərin yalnız 15% bərabər iş şəraiti görmək istədiyini bildirib.
Narahatlıqlar arasında ticarət müharibəsinin mərkəzində duran texnologiya ilə əlaqədar görülən tədbirlər də qeyd edilmişdir. Məsələn, respondentlərin 1% azı texnologiyaların məcburi şəkildə ötürülməsi prosesinin bitəcəyinə ümid edir.