İranı bombardman etsələr də, biz təslim olmayacağıq. İran xalqını heç vaxt azadlıq və inkişaf yolundan döndərə bilməzlər.
FED.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.
Bildirib ki, ABŞ İrana qarşı iqtisadi müharibə aparır. İranlıları məhrumiyyətlərə düçar edən ABŞ insanlığa qarşı cinayətə bərabərdir deyən H.Ruhani Ağ evin sanksiyalarını iqtisadi terrorçuluq adlandırıb.
Xatırladaq ki, münasibətlərin daha da gərginləşməsi fonunda ABŞ və İran Fars körfəzinə hərbi qüvvələr yerləşdiriblər. Lakin Prezident Donald Tramp və İranın Ali lideri Əli Xamneyi müharibə istəmədiklərini bəyan ediblər. Bu bəyanatlara baxmayaraq, tərəflər körfəzdəki qüvvələrinin şəxsi heyətinin sayını və hərbi texniki təchizatını artırırlar.
Eləcə də bax: Ticarət müharibəsi Çindəki amerikan şirkətlərinə - ZƏRƏR VERİR