"Magna Global" konsaltinq şirkətinin qlobal reklam bazarının dinamikası üzrə yenilənmiş proqnozlarına əsasən, dünya reklam bazarında satışların həcmi bu il 5,2% artacaq.
Eləcə də bax: Azərbaycanın reklam bazarı açıqlandı – TV, RADİO, İNTERNET - MƏBLƏĞLƏR
FED.az şirkətin hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ildə internetdə yerləşdirilən reklamların satış həcmində 15%-lik artım gözlənilir. Bundan əlavə, şirkətin proqnozlarına əsasən, əsas reklam yerləşdirmə platformaları arasında ən yüksək artım dinamikası sosial şəbəkələrdə qeydə alınacaq. Burada reklam satışlarının həcmi 25% artacaq.
Getdikcə populyarlığı azalan televiziya kanallarında yerləşdirilən reklamın satış həcmi 4% azalacaq. Şirkətin mütəxəssislərinin fikrincə, bu, 2009-cu ildən bu yana qeydə alınan ən böyük azalmadır.
Ayrıca ölkələr üzrə proqnozlara gəldikdə, "Magna Global" bu ilin sonunadək reklam satışlarında ən böyük artım templərinin Hindistan (12,9%), Çin (8,8%) və Braziliyada (7%) olacağını gözləyir.
"APA-Economics"