Azərbaycanda ötən il reklam fəaliyyətindən əldə olunan gəlir 51 111,2 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu 2017-ci illə müqayisədə 6 775,90 min manat və ya 15,28% çoxdur. 2017-ci illə müqayisədə ötən il reklam yerləşdirmənin bəzi sahələrində artım, bəzilərində isə azalma baş verib.
Eləcə də bax: Azərbaycanda ən çox reklam verilən - SAHƏLƏR AÇIQLANDI - SİYAHI
Reklam bazarındakı gəlirlərin 12,4 milyon manatı reklam informasiyasının hazırlanmasına, 18,4 milyon manat reklamın yerləşdirilməsinə, 20,3 milyon manat isə reklamın yayılmasına sərf edilib.
Ötən il yayılan reklamların təqribən yarısı - 9,9 milyon manatlığı küçədə və yol ətrafı zonalarda yayımlanıb. 2017-ci illə müqayisədə, bu reklamın həcmi dəyişməyib, amma iki il əvvəllə müqayisədə artım 2 dəfədən çoxdur.
İctimai nəqliyyat vasitələrində yayımlanan reklamdan 2 650,6 min manat gəlir əldə olunub. Bu göstərici 2017-ci illə müqayisədə 693,30 min manat və ya 35,42% çoxdur. Məlumat üçün bildirək ki, 2017-ci ildə İctimai nəqliyyat vasitələrində yayımlanan reklamlamlardan 1 957,3 min manat gəlir əldə olunub.
Ötən il KİV-lərdə 7 747,2 min manatlıq reklam yerləşdirilib. Bu 2017-ci illə müqayisədə 3 062,40 min manat və ya 65,36% çoxdur.
Kütləvi informasiya vasitələrinə verilən reklam pullarının əksər hissəsi, 6 912,4 min manatı və ya 89,22%-i televiziya kanallarının payına düşüb.
Ümumilikdə isə 2017-ci illə müqayisədə 2018-ci ildə televiziyalarda verilən reklamın məbləği 2 dəfə artıb. Belə ki, 2017-ci ildə televiziyada verilən reklamların məbləği 3 450,6 min manat olduğu halda ötən il bu məbləğ 6 912,4 min manat olub.
TV-dən fərqli olaraq radiodalarda reklama xərclənən pulların məbləği əhəmiyyətli dərəcədə azalıb.
Belə ki, 2017-ci ildə redioda verilən reklamların məbləği 701,8 min manat təşkil etidiy halda 2018-ci ildə bu məbləğ 341,60 min manat və ya 48,67% azalıb.
İnternetdə resurlarında verilən reklamların məbləğində isə artım müşahidə olunur. Belə ki, 2017-ci ildə bu sahədə verilən reklamların ümumi dəyəri 352,8 min manat olduğu halda 121,70 min manat və ya 34,49% artaraq 474,5 min manat təşkil edib.
Qəzet və jurnallarda isə verilən reklamlar ötən il min manat təşkil edib. Halbuki 2017-ci ildə bu məbləğ 44,6 min manat olub.
Ümumilikdə 2018-ci ildə bağlanmış reklam müqavilələrin dəyəri, 40 210,6 min manat olub ki, bu da 2017-ci illə müqayisədə 3 008,30 min manat və ya 8,08% çoxdur.