28 iyun 2024-cü il saat 10.00-da “Suraxanı Satış Bazası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi 153. ünvanında baş tutacaq.
Gündəliyə aşağıdakı məsələlər verilir:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi .
2. Mənfəətin bölüşdürülməsi.
3. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə tanışlıq üçün cəmiyyətə gələ bilərlər.
Əlaqə telefonu- 99450-330-41-51.