25 iyun 2024-cü il saat 11.00-da Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Azərelektroterm” ASC-nin nizamnaməsinə əsasən, səhmdarların illik ümumi yığıncağının məsafədən (onlayn qaydada) keçirilməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiq edilməsi.
2. Cəmiyyətin baş direktorunun vəzifədən azad edilməsi və yeni baş direktorun seçilməsi.
Qiyabi keçirilən ümumi yığıncağın gündəliyinin materiallarını və əlavə məlumatları “Azərelektroterm” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi (keçmiş 1222-ci küçə) 12 nömrəli ünvandan əldə etmək olar.
Əlaqə telefonu – (010)-232-10-49.