“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC səhmdarlarının 29 mart 2024-cü il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən inzibati binasında ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 29 mart 2024-cü il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən inzibati binasında baş tutacaq.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin idarə heyətinin 2023-cü ilin yekunları və 2024-cü ildə görüləcək işlər haqqında hesabatı. 2. Müşahidə Şurasının hesabatı. 3. Maliyyə-Təftiş komissiyasının hesabatı. 4. 2023-cü təsərrüfat ilinin balansı, hesabatların təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi.