29 mart 2024-cü il saat 11.00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2 E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması. Məruzəçi: Zaur Musayev
II. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi. Məruzəçi: Zaur Musayev
III. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi. Məruzəçi- Yaşar Məmmədov.
IV. Digər məsələlər. Məruzəçi- Yaşar Məmmədov.