“Sumqayıt Santexnik Hissə” Açıq Tipli Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 26 aprel 2026-cı il tarixində saat 10:00-da Sumqayıt şəhəri, Metallurqlar küçəsi 25 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Cəmiyyətin 2025-ci il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə İdarə Heyətinin illik hesabatı.
-
Cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatın və 2025-ci ilin balansının təsdiq edilməsi.
-
Digər məsələlər.












