“NEO Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 23 fevral 2026-cı il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3, ev 4 ünvanında yerləşən cəmiyyətin ofisində saat 14:00-da başlayıb və saat 15:00-da başa çatıb.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
iclas sədrinin və katibinin təyin edilməsi;
-
iclasın gündəliyinin təsdiq edilməsi;
-
“NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-də Müşahidə Şurasının yeni tərkibdə təsdiq edilməsi.












