“Sumqayıt Santexnik Hissə” ATSC səhmdarlarının növbəti ümumi yığıncağı 14 aprel 2024-cü il saat 10.00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Metallurqlar küçəsi 25 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlərə daxildir:
1. Cəmiyyətin 2023-cü il ərzində gördüyü işlər və qarşıda duran məsələlər barədə idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin 2023--cü il üçün maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı və 2023- cü ilin balansının təsdiq edilməsi.
3. Digər məsələlər. Ünvan - Sumqayıt şəhəri, Metallurqlar küçəsi 25