Un və süd məhsulları istehsalı ilə məşğul "XIRMAN" MMC şirkəti olan şirkət bölünüb.
FED.az xəbər verir ki, "XIRMAN SÜD" MMC və "XIRMAN" MMC-yə bölünərək "XIRMAN" MMC yenidən təşkil olunub.
Eləcə də bax: Xarici süd şirkəti Azərbaycanda – 400 MİLYONDAN ÇOX MƏNFƏƏT ƏLDƏ EDİB
Xırman şirkəti 1997-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,5 milyon manat olan "Xırman" MMC-nin qanuni təmsilçisi Mirzəliyev Fazil Sədri oğludur.
Şirkətin məhsulları Azərbaycan ilə yanaşı Türkiyə, İran, Gürcüstan və Liviya bazarlarına da ixrac olunmaqdadır.