Azərbaycanda fəaliyyət göstərən xarici süd şirkəti, “Food Trade”400 milyon manatdan çox mənfəət əldə edib.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə “Food Trade” şirkətinin cəmi aktivləri 9 milyon 191 min 650 manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 2 milyon 446 min 455 manat və ya 36,26% çoxdur.
2018-ci ilin yekununda şirkətin cəmi kapitalı 412 milyon 752 min manat təşkil edib. Ötən il şirkətin cəmi öhdəlikləri 8 milyon 778 min 887 manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 2 milyon 033 min 702 manat və ya 30,15% çoxdur.
2018-ci ildə şirkətin xalis mənfəəti 412 milyon 752 min manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 257 min 685 min manat və ya 2,66 dəfə çoxdur. Qedy edək ki, bu göstərici mənfəət vergisi ödənildikdən sonra formalaşıb. Şirkət 2018-ci ildə 103 milyon 188 min manat mənfəət vergisi ödəyib. Bu 2017-ci illə müqayisədə 62 milyon 422 min manat və ya 2,7% dəfə çoxdur.
Xatırladaq ki, “FOOD TRADE” MMC şirkəti 2014-cü ildə yaradılıb. Şirkət fəaliyyəti başladığı dövrdən “Svalya”, "Valio" və “PepsiCo” kimi firmaların süd məhsullarının Azərbaycan bazarında satışını həyata keçirir.