19 dekabr 2019-cu il saat 15.00-da “Star Park” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə səhmdar cəmiyyətin 2018-ci il üzrə fəaliyyətinin yekunları və digərigər məsələlər daxildir. Ümumi yığıncaq səhmdar cəmiyyətin yerləşdiyi ünvanda-Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Neft prospekti 30/68 nömrəli ünvanda keçiriləcəkdir.
Eləcə də bax: Müəssisə ləğv edilir - ƏMLAKI SƏHMDARLAR ARASINDA BÖLÜNƏCƏK
Səhmdarlar onları maraqlandıran məsələlərlə bağlı rəhbərliyə müraciət edə bilərlər. Səhmdarlardan şəxsiyyət vəsiqəsinin və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunur.