“Pasha Holding” kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər.
FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” agentliyinin dəyərləndirməsində bildirilir.
Eləcə də bax: “PAŞA Bank”ın - KREDİT REYTİNQİ ENDİRİLİB
Agentliyin rəyinə görə, “Pasha Bank”ın risqə görə dəqiqləşdirilən (risc-adjusted capital – RAC) kapital əmsalı ilə ölçülən məcmu (Gürcüstan və Türkiyədəki törəmə banklarını da əhatə etməklə) kapital dəyəri qarşıdakı iki il ərzində dəyişkən olacaq: “Bunu şərtləndirən biznesin yüksək (15-20 faiz) artım sürəti, səhmdar tərəfindən 1-ci dərəcəli kapital dəstəyinin göstərilməməsi, ehtiyat yaratmağa böyük ehtiyac müqabilində daha az mənfəət göstəriciləridir. Bankın məcmu RAC göstəricisi 2018-ci ildəki 6,6 faizə qarşı 2019-cu ilin sonunda 5,5 faizədək enməklə yaxın 12-18 ay ərzində 4,7- 4,9 faizədək geriləyəcəyini güman edirik”.
Ötən il ərzində “Pasha Bank”ın holdinq tərəfindən kapital dəstəyi görmədiyi, yaxın iki il ərzində də 1-ci dərəcəli kapital köçürmələrinin gözlənilmədiyi qeyd olunan agentliyin sənədində, eyni zamanda 2021-ci ildən başlayacaq yeni strateji dövr ərzində bankın səhmdar tərəfindən kapital dəstəyi alması ehtimalının olduğu da göstərilir.
Report