«Standard & Poor`s» reytinq agentliyi «PASHA Bank»ın uzunmüddətli kredit reytinqini «BB-»dan «B+»a endirib.
FED.az xəbər verir ki, bu barədə Agentlik özü məlumat yayıb. Bankın qısamüddətli reytinqi isə «V» səviyyəsində təsdiqlənib. Reytinqlər üzrə proqnoz isə «mənfi»dir.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
«Reytinqin azaldılması onunla əaqədardır ki, son bir ildə bankın kapitalına olan təzyiqlər və problemli kreditlərin - Agentliyin gözlədiyindən də yüksək çəkisinə görə, bankın kredit profili pisləşib. Bundan başqa, bizim gözlədiyimizin əksinə olaraq, son 3 ildə bankın biznesinin artması onun müştəri bazasının ciddi yaxşılaşması ilə nəticələnməyib», - deyə agentliyin məlumatında deyilir.
Agentliyin məumatına görə, 2019-cu ildə «PASHA Bank»ın aktivlərinin keyfiyyəti problemli aktivlərin artması səbəbindən pisləşib. 2018-ci ildə Bankda problemli aktivlərin payı 10% olduğu halda, 2019-cu ilin ortalarına 14,5% təşkil edib (İnterfax).
İnterfaks