2025-ci ilin birinci rübünün sonunda “BP Azerbaijan” şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 398 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
FED.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin sonu ilə müqayisədə 13 nəfər az, illik müqayisədə 21 nəfər çoxdur.
2024-cü ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413 nəfər idi. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2 min 377 nəfər idi.