Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.
“Tesla” səhmləri 30% düşüb, şirkətin dəyəri 230 milyard dollar azalıb
FED.az xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir.
Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.
Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb.
Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb.
Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb. (Report)