Bu il “Tesla” üçün çox pis başlayıb. Şirkətin səhmləri 29% ucuzlaşıb, bu onların indiyə qədərki ən pis göstəricisidir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (25-29 mart, 2024)
FED.az xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısının bazar dəyəri 230 milyard dollar azalıb.
“Tesla” ilk mənfi zərbəni elektrik avtomobil bazarından alıb. Avtomobil kaşerinqi və taksi seqmentində fəaliyyət göstərən bir çox şirkət elektrikli nəqliyyat vasitələrindən imtina etməyə başlayıb. Və burada hər şeydən əvvəl əziyyət çəkən “Tesla” olub. Bu cür avtomobilləri təkrar bazarda satmaq çətindir və onların işləməsi o qədər də qənaətcil olmadığı ortaya çıxıb.
Amma şirkət üçün ən böyük zərbə böyük ehtimalla qarşıdadır və Çin avtomobil istehsalçıları ilə əlaqəlidir. Bu gün Çin elektrik avtomobillərinin qiyməti “Tesla” da daxil olmaqla digər Avropa və Amerika avtomobillərindən xeyli aşağıdır. Onlardan biri yeni təqdim edilən “Xiaomi” avtomobil modelidir.
“Xiaomi”nin əsas strategiyası dempinqdir. Bu şirkət öz cihazlarını rəqiblərindən xeyli aşağı qiymətə satarkən smartfon bazarını məhz belə fəth edib. Və onların bir çoxu bazarı tərk etdikdə, o, sakitcə onların bazar payını alıb. Artıq məlumdur ki, “Xiaomi”nin elektrik avtomobili “Tesla Model 3″dən 4000 dollar ucuz olacaq. Bu, şübhəsiz ki, Amerika şirkətinin satış həcminə zərbə vuracaq, yəni səhmlər hələ də dəyərini itirə bilər. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.