Bu ilin yanvar-oktyabr aylarında "SOCAR Polymer" MMC xaricə 223,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyon dollar və ya 2,1% artım deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 218,8 milyon dollar təşkil etmişdi.











