Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Polymer” MMC 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 4,6 % çoxdur.
Ötən ilin yanvar-mart aylarında “SOCAR Polymer” MMC 56,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac etmişdi.