"Nike" şirkəti çərşənbə günü Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Bu, yerli KİV-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib.
FED.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl KİV çimərlik kurortunda çəkilmiş video yayıb. Videoda ağdərili kişi CAR-da irqçi termin hesab olunan təhqiramiz sözlərdən istifadə edir. KİV-in məlumatına görə, bu kişi "Nike"nin marketinq üzrə direktorunun həyat yoldaşıdır.
Şirkət mağazaların bağlanmasına münasibət bildirməkdən imtina edib və videodakı kişinin onların şirkətinə aid olmadığını bildirib.
Eləcə də bax: «Azərbaycanda brend məhsulların istehsalına başlamışıq» - MÜSAHİBƏ
Eləcə də bax: Biznesdə milleniallar dövrü başlayır