Azərbaycanın hər bir şəhəri üçün “Şəhərdaxili hərəkət (mobillik) planı”nı hazırlanacaq.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Sahibkarları daha 2 il yoxlamayacaqlar
Sənədə əsasən, Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2019-2020-ci illrədə ölkənin hər bir şəhəri üçün küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması və təsdiq edilməsi tapşırılıb.
Nazirlər Kabineti həm də Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə bu müddət ərzində balansında 10 və ya daha çox avtonəqliyyat vasitəsi olan, habelə 20 və ya daha çox (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə – 5 və ya daha çox) avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş parklanma yeri olan dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin faktiki fəaliyyət göstərdiyi yer üzrə “Şəhərdaxili hərəkət (mobillik) planı”na uyğun “Xüsusi hərəkət (mobillik) planı”nın hazırlanmasını təmin etməlidir.
Şirkət avtomobillərinə – XÜSUSİ PLAN
20:40
28 Dek 2018