Azərbaycan bazarına daha iki QSC daxil oldu.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan şirkətlərin adları “Mining and Construction Company” və “Emtura” QSC-lərdir.
Eləcə də bax: Azərbaycanda 4 milyonluq yeni - KOOPERATİV YARADILDI
Hər iki qapalı səhmdar cəmiyyətin qanuni təmsilçisi İsgəndərov Məmməd İntiqam oğludur və 31 may 2020-ci ildə dövlət qeydiyyatına alınıblar.
“Mining and Construction Company” QSC-nin nizamnamə kapitalı 30 000 manat, “Emtura” QSC-nin isə nizamnamə kapitalı 2 000 manatdır.
Yeni yaradılmış bu QSC-lər Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi ev.103 m.113 ünvanında fəaliyyət göstərəcək.