13 noyabr 2025-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sirab Mineral Sular” MMC-ni (VÖEN: 0201760241) qeydiyyata alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni şirkət 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Novruzov Namiq Yaqub oğludur.
Şirkətin hüquqi ünvanı AZ7000, Naxçıvan şəhəri, Məhlə 11, ev 20-dir.
Onu da bildirək ki,Novruzov Namiq Yaqub “Babək “Sirab” ASC və “Badamlı Mineral Sular” MMC-nin də qanuni təmsilçisidir.











