20 aprel 2026-cı il tarixdə saat 10:00-da “Gəncə Şərab -2” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, səhmdarlarının növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi, 86 (Kənar küçəsi 3) ünvanında, “Gəncə Şərab -2” ASC-nin inzibati binasında olacaq..
Yığıncğın müzakirəsinə aşağıdakı məsələlər çıxarılacaq.
1. Cəmiyyətin 2025-ci il fəaliyyyəti haqqında illik hesabatı;
2. Cəmiyyətin mühasibat balansının təsdiqi;
3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti;
4.“Gəncə Şərab-2” ASC-nin təsis paylarında dəyişiklik edilməsi ilə bağlı nizamnamə kapitalının dəyişdirilməsi və “Gəncə Şərab-2” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. “Gəncə Şərab-2” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi.
6. Müşahidə Şurasının tərkibinin yenidən seçillməsi.
7. “Gəncə Şərab-2” ASC-nin təsis paylarında, nizamnamə kapitalında və eləcədə digər dəyişiklilərlə bağlı müvafiq dövlət orqanlarına müraciət edilməsi və bütün prosessual hərəkətləri həyata keçirmək səlahiyyətlərinin verilməsi.
Səhmdarlarının növbəti illik ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq olar.
Əlaqə tel: (022)-255-07-01 İdarə Heyətinin sədri: S.N.Nəbiyev.
Qeyd edək ki, "Gəncə Şərab-2" ASC 9 mart 2003-cü ildə yaradılıb şirkət 62 milyon 641 min 934.73 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Saleh Babazadə Nadir oğludur.
Hüquqi ünvanı AZ2023, GƏNCƏ ŞƏHƏRİ, , ev.KƏNAR KÜÇƏSİ, 3 ünvanıdır.
ASC-nin 23 sentyabr 2025-ci il tarixinə 906 min 819,46 manat vergi borcu olduğu məlum olub.












