"Gəncə Şərab-2" ASC-nin (VÖEN: 2300015791) 906 min 819,46 manat vergi borcu olduğu məlum olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir. Qeyd edək ki, 28 fevral 2025-ci il tarixinə olan məlumata görə şirkətin vergi borcu 452 min 803,84 manat idi.
Qeyd edək ki, "Gəncə Şərab-2" ASC 9 mart 2003-cü ildə yaradılıb şirkət 62 milyon 641 min 934.73 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Saleh Babazadə Nadir oğludur.
Hüquqi ünvanı AZ2023, GƏNCƏ ŞƏHƏRİ, , ev.KƏNAR KÜÇƏSİ, 3 ünvanıdır.