İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına (AQSİA) 343 layihə təqdim edilib.
Azad olunmuş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya - 1332 MÜRACİƏT DAXİL OLUB
FED.az xəbər verir ki, bu barədə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
AQSİA sədri qeyd edib ki, layihələr əsasən Füzuli, Hadrut, Ağdam, Zəngilan, Bərdə və Tərtər rayonlarını əhatə edir. Bu layihələr regionlarda təndir sexlərinin açılması, Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır.
“Hazırda ölkədə 1 milyon 168 min sahibkar var ki, bunun 250 mindən çoxu qadındır. İndiyədək AQSİA-ya ölkənin müxtəlif bölgələri və istiqamətlərini əhatə edən 4 mindən çox biznes layihəsi təqdim edilib. Daha çox müraciətlər Gədəbəy, Oğuz, Tovuz bölgələrindən daxil olur. Qadınlar əsasən səhiyyə, estetika, onlayn satış sahələrinə maraq göstərirlər”, - deyə S.Babayeva vurğulayıb. (Azərtac)