FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “ND Company” QSC 15.10.2021-ci il tarixli Yığıncağın qərarəna əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “ND Company” Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Hüseynov Firdovsi Qədir oğlu olaraq hər birinin nominal dəyəri 1 AZN olan, 2000 ədəd adi adlı səhmi Mirzəyeva Sədaqət Rəfi qızının mülkiyyətinə verməyi öz öhdəsinə götürür.
Eləcə də bax: Azərbaycanda bank əməkdaşı şirkət - TƏSİS ETDİ
Bildirilir ki, “15” oktyabr 2021-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “ND COMPANY” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Qasımov Əliağa Fərəc oğlu öz xahişi ilə tutduğu vəzifəsindən azad edilsin. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik baş direktoru vəzifəsinə Zərgərov Şahin Xeyrullah oğlu təyin edilsin.