Azərbaycanda bankın vəzifəli şəxsi şirkət təsis edib.
Eləcə də bax: Bankın sabiq əməkdaşı - Lizinq Şirkəti Yaratdı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan şirkət “Bankıng And Fınancıal Traınıng Center” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkətin qanuni təmsilçisi “Turan Bank” ASC-yə yenicə direktor müavini təyin edilən Vəliyev Elnur Etibar oğludur.
“Bankıng And Fınancıal Traınıng Center” Bakı şəhəri Nərimanov rayonu, Orucəliyev ev.43 m.6 ünvanında 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Vəliyev E.E., 2021-ci ilin may və avqust aylarında “Rabitəbank”ın Daxili nəzarət departamentinin direktoru kimi çalışmışdır. Belə ki, E.Vəliyev, 2021-ci ilin may ayında “Unibank” ASC-dən “Rabitəbank”a transfer olmuşdur. 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər isə “Unibank”ın Risklərin idarəedilməsi departamentinin direktor müavini kimi çalışıb. Oktyabr ayında isə “Turan Bank”a təyinat almışdı.