28 fevral 2025-ci il tarixdə saat 15:00-da "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar umumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 Ünvanında (Qlobus Plaza BM, 2-ci mərtəbə) ünvanında baş tutacaq.
"Səba" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə
2. "Seba" ASC-nin yeni redaksiyada Nizamnaməsi barədə;
3. "Səba" ASC-nin təsisçiliyi və onun təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu: +994n70 500 00 97