“Səba” ASC-nin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilir.
FED.az xəbər verir ki, 11 dekabr 2023-cü il saat 15.00-a təyin edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 nömrəli ünvanda keçiriləcək “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyində şirkətin ləğv edilməsi müzakirə olunacaq.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl bir neçə dəfə törəmə şirkətin ləğv olunması ilə bağlı “Səba” ASC-nin səhmdarları toplanmışdılar.
Qeyd edək ki, "Dəvəçi Broyler Dərin Emal" MMC 05.04.2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Qanuni təmsilçisi Yusif Əliyev Mahmud oğludur.
Şirkət məhsullarını "Səba" brendi adı altında buraxırdı.