Bu gün Seulda vəfat etmiş «Samsung» şirkətinin sədri Li Qon Xi-nin vərəsələri Cənubi Koreyanın tarixində ən böyük məbləğdə vərəsəlik vergisi ödəməli olacaqlar.
«Samsung» şirkətinin rəhbəri - Vəfat Edib
FED.az xəbər verir ki, bu barədə «Yonhap» agentliyi bu sektordakı mənbələrə istinadən xəbər verir.
Məlumata görə, mərhum Li Qon Xi-nin aktivləri 18 trln von (təqribən 15,9 mlrd dollar) təşkil edir, bunun 10 trln von-u, yəni yarıdan çoxu vergi kimi dövlətə ödəniləcək.
Avropanın ən varlı adamı – Bu Həftə Daha Da Varlanıb - MƏBLƏĞ
Bununla yanaşı, yerli qanunlara görə, mərhumun vərəsələri bu vergini 5 il ərzində ödəyə bilərlər. Qeyd edək ki, «Samsung» sədrinin həyat yoldaşı, oğlu və iki qızı var.
2016-cı ildə «Forbes» jurnalı Li Qon Xi-ni Cənubi Koreyanın ən varlı adamı elan edib, jurnalın hesablamalarına görə, 2020-ci ilin oktyabrına onun varidatı 20,9 milyard dollar idi.