Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir.
Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.