Azərbaycanda sahibkarları ən çox narahat edən və bəzi hallarda işlərinə maneə yaradan məsələlərdən biri də dövlət qurumları tərəfindən aparılan yoxlamalardır. Bir neçə il əvvəl yoxlamaların reyetrinin yaradılması və hökumətin bu sahəyə nəzarəti gücləndirməsi müəyyən müddət təsirini göstərib. Amma son vaxtlar müxtəlif dövlət qurumlarının sahibkarlıq subyektlərində, o cümlədən öz funksiyalarına aid olmayan mövzularla bağlı yoxlamaları, müdaxiləsi və qanunsuz tələbləri yenidən baş verməkdədir.
Eləcə də bax: Sahibkarlardan istehlakçı müraciətlərinə operativ reaksiya vermək - TƏLƏB OLUNUB
Bu mövzu ilə bağlı İqtisadiyyat Nazirliyinin sektor müdiri Rövşən Məcidov «ASAN Radio»da yayımlanan «KOB dostu» verilişinə müsahibə verib.
FED.az müsahibəni təqdim edir:
- Rövşən müəllim, son illər Azərbaycanda sahibkarlığın inkişafına aid qanunvericiliyin və mövcud praktikanın dəyişdirilməsi üçün ciddi proseslər gedir. Burada tənzimlənən sahələrdən biri də sahibkarlıq subyektlərində aparılan yoxlamalardır. Bunun üçün yoxlamaların reyestri yaradıldı, hansı ki, ümumilikdə bu prosesi tənzimləyir. Amma indi də sahibkarlar və dövlət qurumları arasında bu məsələ ilə bağlı müəyyən narazılıqlar və problemlər mövcuddur. Gəlin sahibkarlara izah edək ki, indi Azərbaycanda hansı dövlət qurumu hansı məsələni yoxlaya bilər?
- Çox vacib məsələni qeyd etdiniz, doğrudan da, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, onların hüquqlarının qorunması, müdafiəsi üçün bu sahədə ardıcıl islahatlar aparılar. Hələ prezident Heydər Əliyevin 1996-cı ildə 17 iyun tarixində imzaladığı fərmanda bildirilirdi ki, keçmiş SSRİ dövründən miras qalan dövlət mexanizmi müasir tələblərə cavab vermir və yoxlamalar vaxtı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi vətəndaşların haqlı narazılığına səbəb olur. Həm ulu öndər, həm də cənab prezidentin yoxlamalarla bağlı, xüsusilə sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr , qanunsuz yoxlamaların aparılmasına qarşı barışmaz mövqeyi hamımıza bəllidir. Hələ 2010-cu ildə cənab prezidentin müvafiq fərmanına uyğun olaraq - siz də onun bir bəndini deyib məni qabaqladınız - iki məsələ qarşıya qoyulub. Birincisi, sahibkarlıq fəaliyyətində aparılan yoxlamaların müvafiq məlumat bazası yaradılsın, yəni Yoxlamaların reyestri, ikincisi isə, yoxlamaların vahid qaydalara uyğun aparılması üçün normativ hüquqi bazanın yaradılması. Birinci məsələ ilə bağlı 2013-cü ildə prezidentin fərmanı ilə Əsasnamə təsdiq olundu və reyestr yaradıldı. Orada da qeyd olunduğu kimi bütün sahibkarlıq fəaliyyətində aparılan yoxlamalar reyestrdə qeydiyyata alındıqdan sonra aparıla bilər.
- Bəs reyestrdə qeydiyyata alınmadan yoxlama aparılırsa, bu yoxlamanın nəticəsi qanuni sayılır?
- Qeyd edim ki, 2013-cü ildəki sahibkarların müdafiə olunması ilə bağlı qanun bu məsələləri daha konkret şəkildə tənzimləyir. Onun tətbiq dairəsində olan maddəsində qeyd olunub ki, bütün yoxlamalar reyestrdə qeydiyyata alındıqdan sonrs aparılmalıdır. Müəyyən istisnalar da var: cinayət - axtarışls bağlı, məhkəmənin icraatı dairəsində aparılan yoxlamalar nəzərdə tutulur. Bəzən dövlət inhisarında olan müəssisələrin - Azərİşıq, AzərQaz, AzərSu kimi təşkilatların apardıqları baxışlar da (məsələn, sayğaca baxmaq məsələsi) tənzimlənmə məişət abonentləri qaydasında aparılır. Lakin bu təşkilatlar hər hansı müqavilə şərtlərinin yoxlanılması, müəyyən tələblərin qoyulması, hansısa tədbirin həyata keçirilməsi nəzərdə tutulursa, o halda bu yoxlamalar da reyestrdən keçəndən sonra aparılmalıdır.
- Bu təşkilatlarla bağlı vəziyyət aydındır. Bəs digər qurumlar sahibkarların obyektlərində necə yoxlama apara bilərlər?
-Həmin qanunun 3.2 maddəsinə uyğun olaraq hər hansı dövlət qurumunun nümaynədəsi sahibkara yaxınlaşıb onun obyektində yoxlama aparmaq istəyəndə 3 sənədi təqdim etməlidir: (1) təmsil etdiyi orqanın vəsiqəsini, (2) yoxlama aparmaqla bağlı qərarın surətini (bunu da qurumun rəhbəri, yaxud onu əvəz edən şəxs təsdiqləməlidir), (3) yoxlamaların reyestrdən çıxarışı. Yoxlayıcı tərəf bu sənədləri təqdim etməzsə, sahibkar o şəxsin yoxlanmasına icazə verməyə bilər. Çünki bu yoxlama qanunsuzdur və onun nəticəsi də hüquqi əhəmiyyət kəsb eləmir.
- Sahibkarlarla sıx əlaqədə olduğumuza görə belə bir nümunə gətirək. İcra hakimiyyəti, yaxud da Mənzil İstismarı Sahəsi (MİS) ("JEK") mağazada və digər obyektdə aparılan təmir işlərinə mane ola bilər?
- Bütün yoxlamalardan əvvəl reyestrdən çıxarış təqdim olunmalıdır. Qanunda bu qayda bütün yoxlama aparan qurumlara aid edilir. Əgər məqsəd sahibkarın fəaliyyət göstərdiyi sahəyə gəlməklə bağlıdırsa, o halda tələblər onlara da şamil olunur.
- Bayaq dediyiniz 3 sənədi İcra Hakimiyyətinin nümayəndəsi gətirməsə necə olur?
- O halda sahibkar o yoxlayıcıları içəri buraxmaya bilər. Əgər yoxlayıcılar ona məcburiyyət, təzyiq göstərərlərsə, sahibkar hüquq - mühafizə orqanlarına müraciət edə bilər. Çünki bu, sahibkarın fəaliyyətinə müdaxilə hesab olunur. Yoxlama haqqında qanunda da qeyd olunub ki, sahibkarın iş mühitinə, fəaliyyətinə maneəçilik törətmək olmaz. Yoxlama iş vaxtında və sahibkarın razılığı, iştirakı ilə aparılmalıdır.
- Söz hüquq - mühafizə orqanlarından düşmüşkən, əgər həmin orqanın özü (hüquq mühafizə orqanı) təbii ki, cinayət baş verməyibsə, cinayət-axtarış tədbiri görmürsə, orada yoxlama apara bilərmi? Onların bu məsələdə hüquqları nədən ibarətdi?
- Eyni məsələ hüquq-mühafizə orqanlarına da aiddir. Hər bir dövlət orqanı normativ hüquqi aktlarla onların səlahiyyət sahələrinə aid olan məsələləri yoxlaya bilər. Təəssüflər olsun ki, bəzən 1996-cı ildəki məsələlər yenə də aktuallığını qoruyur. Yoxlayıcı sahibkarın ərazisinə daxil olur, aiddiyyatı üzrə olmayan sənədlər təqdim edir, bəzi hallarda da onlar kənar şəxs, dələduz olurlar.
- Başqa bir misal – misalları ona görə çəkirəm ki, işi adamlarına aydın olsun - işdən sonra obyektdə təmir işləri gedirsə, onun üçqn ayrıca icazə almaq lazımdır?
- Bəzən mülki həyatda da belə vəziyyətlə rastlaşırıq, ona görə də sahibkarları başa düşmək olar. Ümumiyyətlə sahibkar yoxlamaları 3 mühüm meyarı özündə balanslaşdırır. Birinci vacib məsələ sahibkarın hüquqlarıdır, onun maraqlarının qorunmasıdır, ikincisi, istehlakçıların hüquqlarının qorunmasıdır, o cümlədən də vətəndaşların. Üçüncüsü isə, ölkənin iqtisadi siyasət prioritetlərinin qorunması.
- Yoxlamalar zamanı sahibkarların hüquqlarının qorunması üçün başqa hansı mexanizmlər var?
- Sahibkarın maraqlarının qorunması yoxlama sahəsinə 2 mühüm yeniliyi gətirdi. Hansı ki, bu qanun qabaqcıl beynəlxalq praktikadan, bu sahədəki qabaqcıl təcrübə təhlil edilməklə götürülüb.
Burada yoxlamalar iki yerə ayrılır - plana uyğun və plandankənar yoxlamalar.
Hansısa qurum yoxlama aparmaq istəyirsə hər il noyabrın 1-ə kimi növbəti il üzrə aparacağı yoxlamaların illik planını hazırlayır. Yoxlayıcı orqanın rəhbəri bu planı təsdiq edir və yoxlamaların reyestrdə yerləşdirilməsi üçün aidiyyatı üzrə Ədliyyə Nazirliyinə təqdim edir. Yoxlamalar da həmin qarifikə uyğun olaraq aparılır. Əsas məsələ - hər bir sahibkar da qeyd olunan reyestrdəki kabinetinə daxil olaraq onun obyektində nə vaxt hansı qurumun yoxlayacağını izləyə bilər.
- İstənilən sahibkar ora üzv ola bilər?
- Əlbəttə. VÖEN-i olan istənilən sahibkar orada şəxsi kabinet aça bilər, orada telefon nömrəsi də var. Qeydiyyatdan keçəndə hansısa texniki sual yaransa, qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Bəzi dövlət qurumları deyir ki, yoxlamalar haqqında qanun yoxlamaların qarşısını alır. Əslində belə deyil. Bayaq cənab prezidentin fərmanında deyildiyi kimi, bu qanun yoxlamaların qarşısını almır, sadəcə onun ümumi prinsiplər əsasında qanunauyğun şəkildə aparılır.
Plandankənar yoxlamalar haqqında isə həmin qanunun 16-cı maddəsində qeyd olunub. Bunlar hansı hallarda ola bilər - insanların həyat və sağlamlığına, ətraf mühitə, dövlətin maraqlarına qarşı mühüm təhlükə olarsa, yaxud mühüm zərərin vurulması iıə bağlı hüquqi və fiziki şəxslərdən dövlət və yerli idaetmə orqanlarına, yoxlayıcı orqanlara konkret faktlarla rəsmi müraciətlər daxiı olduqda, habelə KİV-də məlumatlar yayıldıqda plandankənar yoxlamalar aparıla bilər. Təbii ki, bu məsələdə biz sahibkarların tərəfindəyik, amma bəzi hallarda sahiblarlar qanun pozuntusu edirlər.
- Bəli, elə hallar olmuşdu ki, istehlakçılar zərər çəkmişdilər.
Siz bu sahəni tənzimləyən qurumun rəsmi nümayəndəsiniz və istəyirəm bir məsələyə də münasibət bildirəsiniz, çünki tez-tez təkrarlanan məsələdir
- Sahibkar yazır ki, obyektimin qarşısında kondisioner quraşdırmaq istəyəndə sahə polisi ona deyib ki, buna görə icazən olmalıdır. Yəni polis - kondisionerin quraşdırılması üçün icazə verən orqandırmı?
- Qətiyyən, xeyr. Ölkədə icazələr cə lisenziyalar barədə qanun var. Orada da lisenziya və icazələrin siyahısı müəyyən olunub.
- Ki, sahibkar nəyə icazə almalıdır, eləmi?
- Bəli, bəli. Qanunda da göstərilib ki, sahibkar yalnız burada göstərilən lisenziya və icazələri almalıdırlar. Yəni başqa bir lisenziyanın, icazənin alınması qanunda nəzərdə tutulmayıb.
Digər tərəfdən, yoxlamalar haqqında qanunda da nəzərdə tutulub ki, hər bir yoxlayıcı orqan yalnız bayaq da dediyimiz kimi, qanunvericilikdə ona aid edilmiş məsələləri yoxlaya bilər, başqa məsələləri yoxlaya bilməz. Hər bir yoxlayıcı orqanın yoxlama sualları olur, həminorqan bu sualları illik tərtib edib reyestrdə yerləşdirir və bunu həmin dövlət qurumu öz saytında da yerləşdirməlidir.
- Belə başa düşdüm ki, yaxşı olar sahibkarlar vergi və digər orqanlarda şəxsi kabinet yaratdıqları kimi, yoxlamaların reyestrində də şəxsi kabinet yaratsınlar. Oradan izləsinlər ki, nə vaxt, hansı qurum onun obyektində və ya müəssisəsində yoxlama aparacaq.
- Bəli, elədir.
- Rövşən müəllim, bir halla bağlı məsələni də aydınlaşdırmağınızı istəyirəm. Sahibkar bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən onun obyektinə yaxınlaşıb, kondisionerin səs-küy çirklənməsi yaratdığını elan edib, bunu yoxlamaq üçün ölçmə aprarıblar və kondisionerin səsi yuxarı olduğuna görə 8 000 manat cərimə yazılıb. Sahibkar qanunu dəqiqləşdirib və məlum olub ki, əslində bu qanunda nəzərdə tutulub. Əgər o müəssisə yaratmadan fəaliyyət göstərsəydi, cərimə 350 manat olardı. MMC kimi fəaliyyət göstərdiyinə görə cəriməsi 350 manat yox, 8 000 manatdır.
Biz bu məsələni bir qədər dəqiqləşdirdik, və məlum oldu ki, hətta sahibkar özü bu qurumun əməkdaşlarını dəvət edib soruşsa ki, yoxlayın, burada qayda pozuntusu varmı, varsa aradan qaldırım, o halda da səs yüksək olsa, ona cərimə tətbiq olunacaq. Bu qayda hökumətin bu sahədəki siyasətinə nə qədər uyğundur?
- Ümumiyyətlə bir məsələni qeyd edim, yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında qanunun 4-cü maddəsinsə yoxlamaların məqsəd və pribsipləri göstərilib. Oradakı 2 mühüm prinsipi vurğulayacam. Özü də mən istərdim ki, bu məsələni həm sahibkarlar, həm də yoxlayıcılar bunu nəzərlərində saxlasın. Qanun pozuntusunun qarşısının alınmasının - cəzalandırılmadan üstünlüyü. Yəni yoxlamaların aparılması sahibkarı məhdudlaşdırmaq, ona qarşı cərimə tətbia etmək, fəaliyyətinə mane olmaq məqsədi daşımır. Məqsəd problemin aradan qaldırılmasıdır. Əgər sahibkar problemi aradan qaldırmaq üçün müraciət edirsə, məqsəd nəsələni həll etmək olmalıdır. Bu məsələ qanunda da əks olunub.
- Qanunda necə yazılıb?
- Qanunda məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün hallar açıq qeyd edilib.
Burada qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər və ya inzibati cəza yalnız o halda həyata keçirilə bilər ki, sahibkar o çatışmazlığı aradan qaldıra bilmir.
Daha sonra, qanunda başqa bir bənd - yoxlamanın qabaqlayıcı və profilaktiv xarakter daşıması və sahibların fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinə sahibkarlara köməklik göstərilməsinə xidmət etmək. Məqsəd budur.
- Bəli, burada açıq şəkildə izah edilib.
- Mən üzümü qurumlara tutub demək istəyirəm ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı, tətbiq olunan inzibati cərimələr, - bunlar yoxlamanın keyfiyyət göstəricisi deyil. Əsas məsələ budur ki, sahibkarlar həmin pozuntulara yol verməsin, onların qarşısı alınsın, necə deyərlər, sahibkarları pozuntudan çəkindirsin.
Qurumlar problemi aradan qaldırmaq üçün sahiblara kömək etməlidir, onları maarifləndirməlidirlər, məlumatlandırmalıdırlar, lazım olsa, onlara metodiki köməklik göstərməlidirlər, pozuntu varsa, aradan qaldırmaq üçün onlara köməklik göstərməlidirlər.
Yəni belə məsələlərə diqqət yetirsələr, inzibati cərimələrin tətbiq olunması, məhkəmə çəkişmələri də olmuz. Sahibkarlar narazı qalır, başqa orqanlara şikayət edir, araşdırma aparılar, və çox vaxt məlum olur ki, yersiz bir cərimə tətbiq olunub. Bu proseslər, əsəb gərginliyi yaradır.
- Onsuz da pandemiya dövrü sahibkarlar üçün kifayət qədər problem yaratmışdı
- Bəli, onsuz da indiki dövrdə, özünüz də görürsünüz ki, pandemiya şəraitində xüsusilə mikro və kiçik sahibkarlar necə çətinliklərlə üzləşdi. Ona görə də dövlət çalışır ki, onlar bu vəziyyətdən çıxsınlar.
Ancaq bu vaxt hansısa dövlət orqanı gəlir və dediyiniz kimi, özünə aid olmayan məsələ ilə bağlı sahibkara qarşı iddia qaldırır, daha da zərərə salır. Beləliklə də ölkənin ümumi siyasətinə, ölkə başçısının qoyduğu siyasətə zidd addım atmış olur. Belə addımlardan çəkinmək laızmdır.
- Bəs bu məsələ ilə bağlı sahibkarlara tövsiyəniz nədir?
- Sahibkarlardan da xahişimiz odur ki, belə hallarla rastlaşanda yuxarıda qeyd etdiyimiz həmin 3 sənədi tələb etmək lazımdır. Bundan başqa, əgər sahibkar yoxlamadan, onun ənəticəsindən narazı qalıbsa, «Yoxlamalar haqqında» qanunda şikayət proseduru nəzərdə tutulub. O prosedura uyğun olaraq yuxarı orqana müraciət eləmək olar, eyni zamanda inzibati qaydada Ədliyyə Nazirliyinə və ya məhkəməyə müraciət etmək olar.
- Həm də KOBİA-ya müraciət etmək olar, eləmi?
- Mütləq. Hətta mən deyərdim ki, sahibkarlar şikayət prosesinə birinci KOBİA-dan başlasalar daha yaxşı olar.