İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarına əsasən, vəsaitlərin səmərəli yerləşdirilməsi məqsədilə 2022-ci il üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər və layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar təsdiq edilib.
Eləcə də bax: "Hökumətə biznes mühitinin yaxşılaşdırılması tapşırılıb"
FED.az xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə bildirib.
"Meyarlara əsasən, qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan, idxal əvəzləyici və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması, ətraf mühit, sosial, korporativ idarəetmə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, mikro, kiçik və orta sahibkarlığın inkişafına, habelə işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi nəzərdə tutulur", - deyə o, qeyd edib. (Report)