“Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”.
Eləcə də bax: Hökumətin 2022-ci ildə qarşısında duran əsas vəzifələr - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
“Azad edilən ərzailərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət başçısı tərəfindən hökumətin qarşısına qoyulan əsas vəzifələrdən biridir”, - Baş nazir bildirib.
“İnflyasiya ilə mübarizə prioritetimizdir”
“Antiinfilyasiya siyasəti hazırda Azərbaycan hökumətinin mühüm fəaliyyət istiqamətlərindən biridir”.
Bunu Baş Nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, ötən il dünyada ərzaq 23% bahalaşıb. Azərbaycanda da ərzağın qiyməti artıb. 2021-ci ildə ümumi infilyasiyanın 60%-i ərzaq inflyasiyasının payına düşüb”, - deyə o, qeyd edib. (Report)